Logo

BDU kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

27.09.2023 12:29 178 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Fəxri xiyabanı  və Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Universitetin kollektivi Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyub.

BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Xəbər lenti