Logo

Tələbələr arasında Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib

27.09.2023 11:18 237 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Başlanğıc” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələr Azərbaycan tarixi və II Qarabağ müharibəsi mövzuları ilə bağlı 24 sualı cavablandırıblar. Yarışın sonunda qalib komandalar müəyyənləşdirilərək TGT tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, qalibiyyət uğrunda 6 fakültə və AzMİU-nun nəzdində İnşaatçı Kolleci mübarizə aparıb.

Xəbər lenti