Logo

Azİİ e-Kitab Evində “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib

26.09.2023 23:32 283 baxış
IMG

Sentyabrın 27-də respublikanın hər yerində Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılır. 

Tehsil.biz xəbər verir ki, o cümlədən, Azİİ e-Kitab Evində də ənənəyə uyğun olaraq “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  siyasətindən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş kitablar yer alıb.

Bundan əlavə, bütün şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mövzusunda nəşrlər, dövri mətbuatda yayımlanan materiallar, eləcə də universitetin şəhid tələbə və məzunlarının əks olunduğu fotolar sərgidə geniş yer alıb.

Xəbər lenti