Logo

İlahiyyat İnstitutunda Anım Gününə həsr olunan film nümayiş etdirilib

26.09.2023 19:32 202 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb. Aİİ-nin IV kurs tələbəsi Əmrah Eminov tərəfindən şəhidlərin ruhuna Quran tilavəti təqdim olunub.

Tədbirdə çıxış edən Aİİ-nin rektoru, dosent Aqil Şirinov bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində biz böyük Qələbə qazandıq, torpaqlarımız işğaldan azad olundu. Bu Zəfərlə biz qürur duyuruq. Bu Qələbə uzaqgörən siyasətin nəticəsidir.

AzTV-nin əməkdaşı, tarix üzə fəlsəfə doktoru Mahir Qəribov müəllifi olduğu və “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış 27 Sentyabr – Anım Gününə həsr edilən film haqqında söhbət açıb. O vurğulayıb ki, şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad edilib.

Sonra Vətən müharibəsi şəhidi, mayor Azər Mikayılovun qardaşı Anar Mikayılov çıxış edib. O, şəhidin həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən danışıb.

Tədbirdə AzTV-nin “Tarixin izi ilə” layihəsi çərçivəsində hazırlanmış 27 Sentyabr – Anım Gününə həsr olunan film nümayiş etdirilib.

Xəbər lenti