Logo

Paytaxt məktəblərinin metodbirləşmə rəhbərləri üçün illik metodik toplantılar keçirilir - FOTO

26.09.2023 13:31 180 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin metodbirləşmə rəhbərləri üçün illik metodik toplantıların keçirilməsinə başlanılıb.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, Sabunçu və Nizami rayonları üzrə keçirilən toplantıların ilk günündə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva, TDM-in metodistləri Çinarə Cəbrayılova, Səkinə Hüseynova, Samirə Əfəndiyeva və Kunzala Həmidova iştirak ediblər.

Metodik toplantılarda müəllimlərə 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, ümumi təhsil pilləsində şagirdlərin biliyinin qiymətləndirilməsi, ailələrlə səmərəli əməkdaşlığın qurulması, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.

Sonda metodbirləşmə rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərin paytaxtın 12 rayonu üzrə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti