Fövqəlada Hallar Nazirliyin Şimal-qərb Regional Mərkəzi tərəfindən dislokasıya ərazisini əhatə edən rayonların ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.
FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, mülki müdafiə kurslarının keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Mülki müdafiə kurslarında iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.