Logo

UNEC-lə “AzRe Təkrarsığorta” ASC arasında müqavilə imzalanıb

26.09.2023 12:32 205 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “AzRe Təkrarsığorta” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, əməkdaşlıq müqaviləsi “Azərbaycan milli təkrar sığorta bazarının empirik tədqiqi əsasında sığorta sektoru ilə iqtisadi artım arasında konteqrasion yanaşma əlaqələrinin qiymətləndirilməsi və əldə olunan nəticələrin tətbiqi perspektivləri” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirilməsi istiqamətində olub.

Bu məqsədlə UNEC-in tanınmış alimləri professor Əvəz Ələkbərov, Nizami Xudiyev, dosent Bayraməli Qurbanov, dosent Tünzalə Qurbanova və kafedranın baş müəllimi Aynurə Hacıyevadan ibarət olan tədqiqat qrupu yaradılıb. Layihənin dəyəri 75 min manat təşkil edir.

Layihənin məqsədi UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində alimlərin səyini artırmaq, sığorta xidmətləri bazarının inkişafına elmi töhfələr vermək və tədqiqatda iştirak edən UNEC alimlərini stimullaşdırmaqdır.

Qeyd edək ki, müqaviləni rektor Ədalət Muradov və “AzRe Təkrarsığorta”nın İdarə Heyətinin sədri Vüsal Abbasov imzalayıblar.

Xəbər lenti