Logo

Metodist hazırlığı təlimlərinə 150-dək müəllim cəlb olunub

26.09.2023 12:00 161 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətə cəlb ediləcək müəllimlərin hazırlığı istiqamətində təlimlərə başlanılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimlərə respublikanın müxtəlif şəhər və regionlarından (Bakı, Lənkəran–Astara, Qazax–Tovuz, Gəncə–Daşkəsən, Dağlıq Şirvan, Şirvan–Salyan, Şəki–Zaqatala, Abşeron–Xızı) ümumilikdə 150-yə yaxın müəllim cəlb olunub.

Qeyd edək ki, metodist hazırlığı üçün təlimlərə MDPİM tərəfindən təşkil edilən müsabiqədən uğurla keçən müəllimlər qatılıblar. Təlimlərdən uğurla keçən iştirakçıların isə metodist bazasına əlavə olunması və metodik xidmətə cəlb edilməsi nəzərdə tutulub.

Xəbər lenti