Logo

BDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

26.09.2023 09:35 168 baxış
IMG

Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Səmərqənd Dövlət Universitetinin rektoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının üzvü, professor Rustam Xalmuradovla görüşüb.

Tehsil.biz xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Elçin Babayev Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, BDU və Özbəkistanın ali məktəbləri arasında uğurlu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafına töhfə olduğunu bildirib.

Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov da elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Görüşdə iki universitet arasında təhsil və elm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.

Xəbər lenti