Logo

“Rusiyanın Cənubu Qafqazda köçürmə siyasəti: məqsədi və nəticələri” mövzusunda seminar keçirilib

25.09.2023 19:10 171 baxış
IMG

Tarix İnstitutunda Tətbiqi Tədqiqatlar Fondunun “Qərbi Azərbaycanın tarixi və mədəni köklərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində “Rusiyanın Cənubu Qafqazda köçürmə siyasəti: məqsədi və nəticələri” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Seminarda Tarix İnstitutunun icraçı direktoru tarix elmləri doktoru, professor İlqar Niftəliyev regional və ümumdünya miqyaslı problemlərin həllində ölkəmizin özünəməxsus uğurlarından danışıb.

Layihənin rəhbəri İbrahim Əliyev çıxışında Rusiya imperiyasının Cənubi Qafqazda reallaşdırdığı köçürmə siyasətinin mahiyyətindən, onun hədəfləri və nəticələrindən danışıb, bu siyasətdə erməni amilinin oynadığı rolu bur daha əyani şəkildə, konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, ermənilərin türklərə, o cümlədən Azərbaycana, onun maraqlarına, mədəni irsinə qarşı törətdiyi saxtakarlıqların və dağıdıcılıq fəaliyyətinin ən intensiv dövrü son yüzilliyə, xüsusilə sovet dövrünə təsadüf edir: “Erməni köçü başlayandan bir neçə mərhələdən keçib. Azərbaycan torpaqlarına köçürülən bu əhaliyə münbit şərait yaradılıb, onları imperiyanın dayaqları kimi möhkəmləndiriblər. Sovet dövründə erməni köçü daha amansız formada həyata keçirilib. Müasir dövrdə millətçiliyə söykənən siyasət son həddinə yaxınlaşır. Belə bir vəziyyətdə Azərbaycanın öz torpaqlarına və mədəniyyətinə sahib çıxmaq ehtiyacı məsələni daha da aktuallaşdırır”.

Seminarda çıxış edən tarixçi alimlər Hacı Həsənov, Elçin Qarayev, Ziyad Əhmədov məsələnin müxtəlif aspektlərinə diqqət yetirib, fikirlərini bölüşüblər.

Xəbər lenti