Logo

ADPU-nun 80 məzunu təhsillərini xarici ölkələrdə davam etdirir

25.09.2023 16:53 239 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ötən tədris ili məzunlarından 80 nəfəri xarici ölkələrdə təhsillərini davam etdirir (bu rəqəm ötən il 52 nəfər idi).

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, onlardan 7-si bakalavr, 66-sı magistratura, 2-si fəlsəfə doktorluğu, 5 nəfəri isə digər proqramlara qəbul olunub.

Məzunlardan 45-i Türkiyə, 22-si Avropa, 7-si ABŞ, 3-ü Rusiya və 3-ü Cənubi Koreya ali təhsil müəssisələrində təhsil alır.

Xəbər lenti