Logo

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

25.09.2023 16:11 210 baxış
IMG

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyanın müdiri professor Ramin Rzayev Niderland Krallığının Amsterdam şəhərində keçirilən beynəlxalq elmi konfransda “Qvadrokopterlərin avtomatik idarəetmə sistemlərində qeyri-səlis kontrollerlərin istifadəsi” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ətrafında müxtəlif suallar cavablandırılıb. Müəllifin, həmçinin “Dow Jones indeksin dinamikası nümunəsində qeyri-səlis zaman sıraların proqnozlaşdırılması” mövzusunda digər məruzəsi də konfrans proqramına daxil edilib.

Konfrans materialları sırasından seçilmiş məruzələr “Springer” nəşriyyatının dəstəyi ilə “Scopus” və “Web of Science” bazalarına daxil olan jurnalda dərc ediləcək.

Xəbər lenti