Logo

29 nəfər HTP çərçivəsində Azərbaycanda təhsil alacaq - FOTO

25.09.2023 15:49 454 baxış
IMG

2023–2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil hüququ qazanıb.

Tehsil.biz xəbər verir ki, 18 nəfər Çin Xalq Respublikası vətəndaşı, 2 nəfər Macarıstan vətəndaşı, 6 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 3 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanda təhsil imkanı əldə edib.

Tələbələr ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universitetində bakalavriat, magistratura, doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

Xəbər lenti