Logo

Coğrafiya İnstitutunda doktorantların elmi işlərinin mövzusu təsdiqlənib

25.09.2023 15:35 240 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın doktorantura məsələlərinə həsr edilmiş iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təhsil şöbəsinin müdiri Müseyib Yunusov yeni qəbul olunmuş doktorant və dissertantlar haqqında məlumat verib. Onların elmi rəhbərləri və elmi işlərinin mövzusu müzakirə edildikdən sonra təsdiqlənib.

İclasda, həmçinin şöbələrin hesabatlarının və qarşıdakı konfransa hazırlıq məsələsi də müzakirə olunub.

Xəbər lenti