Bakı Dövlət Universitetində (BDU) Xəzərin səviyyəsinin dəyişməsinin oturaq quş populyasiyalarının çoxalmasına təsiri üzrə tədqiqatlar davam edir. Tədqiqatlar zamanı Qızılağac körfəzində reproduksiya dövründə 11 dəstə, 21 fəsilə və 29 cinsə aid 41 növ oturaq quş populyasiyası müxtəlif biotoplarda qeydə alınıb, onların çoxalma davranışlarında baş verən dəyişikliklər öyrənilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Qeyd olunub ki, Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev və kafedranın doktorantı Natəvan Kərimova tədqiqat aparıblar. Onların tədqiqatlarının nəticələrini əks etdirən “Xəzər dənizində suyun səviyyəsinin enməsinin Qızılağac körfəzində oturaq quş populyasiyalarının çoxalma davranışına təsiri” adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan jurnalda (“Egyptian Journal of Veterinary Sciences”) dərc olunub.