Logo

“BDU könüllüləri” təşkilatı yeni tədris ili üçün qəbul elan edib

25.09.2023 12:40 171 baxış
IMG

“BDU könüllüləri” təşkilatı 2023-2024-cü tədris ilində yeni üzvlük proqramına könüllü qəbulu elan edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, 2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” hazırda öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirir. Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.

Hazırda tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübə qazanırlar.

Könüllülük proqramında iştirak etmək istəyənlər BDU-nun saytındakı linkdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti