Logo

Kimyaçı alimlərin monoqrafiyası Rumıniyada nəşr olunub

25.09.2023 12:00 137 baxış
IMG

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Zenfira Ağayeva, Aybəniz Qaşqay, Sevinc Bayramova və Xuraman İlyasovanın “Biosferin ekoloji qiymətləndirilməsi” monoqrafiyası Rumıniyada nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Monoqrafiyada bir sıra sənaye sahələrinin bərk sənaye tullantılarının mənfi təsiri məsələləri araşdırılır. Qeyd olunur ki, insan fəaliyyəti nəticəsində biosferin strukturu, yer səthinin atmosferi, relyefi, canlı aləmi və s. kəskin şəkildə dəyişib. Əsərdə ətraf mühitə antropogen təsirin baş verməsi faktlarla təhlil edilir, ekoloji çirklənmənin əsas mənbələri göstərilir. Bildirilir ki, təbii sərvətlərdən qeyri-rasional istifadə flora və faunanın dəyişməsinə, bir çox bitki və heyvan növlərinin məhvinə, bəzən isə tamamilə yoxa çıxmasına, kənd təsərrüfatı bitki və heyvanlarının yoluxucu və parazitar xəstəliklərinin patogenlərinin və zərərvericilərinin yayılmasına, mikrobioloji çirklənməyə səbəb olur. Metallurgiya sənayesi ətraf mühiti çirkləndirən əsas sahələrdən biridir və bütün sənayenin ümumi emissiyalarının təxminən 40 faizini təşkil edir. Belə qənaətə gəlinir ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir.

Xəbər lenti