Logo

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü keçiriləcək

25.09.2023 11:00 215 baxış
IMG

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, görüş sentyabrın 26-da paytaxtdakı 300 nömrəli tam orta məktəbdə olacaq. BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti