Logo

Dövlət Tərcümə Mərkəzinin növbəti seçim turları başa çatıb

25.09.2023 10:29 173 baxış
IMG

Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti seçim turları başa çatıb.

Tərcümə Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif ediliblər.

Sertifikatların təqdimat mərasimində Mərkəzin Beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Püstə Axundova Seçim Turlarının başlıca məqsədi barədə danışaraq, imtahan mərhələlərindən uğurla keçmiş və Mərkəzin sertifikatlarına sahib olmuş mütəxəssisləri təbrik edib, onlara dair məlumatların Mərkəzin rəsmi məlumat bazasına (reyestr) yerləşdiriləcəyini bildirib.

Xəbər lenti