Logo

BANM-in baş müəllimi İspaniya universitetində "Multikulturalizm" dərsi tədris edəcək - FOTO

25.09.2023 09:26 163 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili ve humanitar fənlər mərkəzinin baş müəllimi Nurlana İmanova İspaniyanın Leon Universitetində bu semestr "Multikulturalizm" dərsini tədris etmək üçün dəvət alıb. O, həmçinin ABŞ-nin Şimali Karolina Universitetinin yeni tələbələri üçün mentor seçilib.

Tehsil.biz xəbər verir ki, Nurlana İmanova iyun ayında Erasmus+ proqramı çərçivəsində Leon Universitetində olub və burada magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr üçün dərs, müəllimlər üçün təlim keçib.  BANM-in baş müəllimi bundan sonra həmin universitetdən dəvət alıb.

Bakı Ali Neft Məktəbinin müəlliminin İspaniya universitetində "Multikulturalizm" dərsini tədris etməsi həm universitetlərarası əlaqələrin möhkəmlənməsinə, mübadilə imkanlarının genişlənməsinə, həmçinin Azərbaycanı Avropa tələbələrinə multikultural müstəvidə təqdim etməyə böyük töhfədir.

Nurlana İmanova Şimali Karolina Universitetində isə yeni qəbul olmuş tələbələrin qısa zamanda universitetə adaptasiya olması, qruplarda sosiallaşması, xarici tələbələrə mədəniyyət səriştəliliyi aşılaması, sosial bacarıqlarının inkişaf etdirilməsi, müəllim və tələbələrlə düzgün əlaqələrin qurulması üçün mentorluq edəcək.

Hər iki universitetlə əməkdaşlıq onlayn formatda həyata keçiriləcək.

Xəbər lenti