Oktyabrın 20-21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında A.P.Çexovun eyniadlı pyesi əsasında “Albalı bağı” tamaşasının premyerası olacaq.
Tehsil.biz xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşada rolları Azərbaycanın Xalq artistləri Natalya Şarovskaya, Fuad Osmanov, Ayan Mir-Qasımova, Əməkdar artistləri Mariya Dubovitskaya, Murad Məmmədov, Teymur Rəhimov, Yuri Omelçenko, Həcər Ağayeva, Salman Bayramov və digərləri oynayacaqlar.