Logo

Torpaqşünas alimlərə ingilis dili sertifikatları təqdim edilib

24.09.2023 16:36 183 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları üçün Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının təşkil etdiyi 3 aylıq ingilis dili təlim kursu yekunlaşıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqsəd əməkdaşların xarici dil biliklərinin artırılması olub. Kursda institutun əməkdaşları başlanğıc (Beginner) və orta (İntermediate) olmaqla, iki dərəcəli səviyyə dərslərində iştirak ediblər.

Kursu uğurla bitirən torpaqşünas alimlərə Xəzər Universitetinin sertifikatları təqdim olunub.

Xəbər lenti