Logo

“Windows 11”də böyük yenilənmə olacaq

24.09.2023 13:13 268 baxış
IMG

“Microsoft” sentyabrın 26-da “Windows 11 23H2” üçün adi simvolik parollardan imtina etməyə imkan verəcək əsas yeniləməni buraxacaq.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, əvəzində proqramlara, xidmətlərə və saytlara daxil olmaq üçün “Passkeys” keçid açarlarından istifadə ediləcək. Klassik parolları barmaq izi, üz skaneri və ya PİN kodu ilə əvəz etmək üçün giriş açarları lazımdır.

Lakin keçid açarlarından istifadə ilə bağlı bəzi məhdudiyyətlər var: onlar yalnız “WebAuth” texnologiyasını dəstəkləyən resurslar və proqramlarda istifadə oluna bilər. Bu standartlar “FIDO Alliance” və “FIDO2” tərəfindən hazırlanıb.

İstifadəçilər “Windows Hello” proqramında keçid açarları yarada biləcəklər. İki kriptoqrafik açar yaradılır, biri cihazda, digəri buludda saxlanılır. Tələb olunan mənbəyə giriş yalnız heç bir yerdə göstərilməyən nüsxələr uyğunlaşdıqda görünür və yalnız istifadəçi onları idarə edə bilər.

Xəbər lenti