Logo

TUDİFAK Veysəloğlu Şirkətlər Qrupu ilə yeni layihəyə start verib

24.09.2023 12:00 177 baxış
IMG

UNEC Türk Dünyası İqtisad fakültəsi və Veysəloğlu Şirkətlər Qrupu yeni layihəyə start verib.

Tehsil.biz xəbər verir ki, layihəyə əsasən, Veysəloğlu Şirkətlər Qrupunun rəhbər şəxsi sonuncu kurs tələbələrinə tədris olununan “Satış Yönetimi” dərsində hər həftə dərslərə qonaq məruzəçi kimi praktiki təcrübəsini bölüşəcək. Layihənin məqsədi tələbələrin real biznes mühitinə keçidini sürətləndirməklə, böyük şirkətlərin layihələrinə tələbələrin inteqrasiyasını artırmaqdan ibarətdir.

İlk dərsin qonaq məruzəçisi şirkətin CEO-su Burak Deniz olub. O, tələbələrə strategiya, məqsədlər, hədəflər və şirkət dəyərlərinin önəmini kəsb edən praktiki keyslər təqdim edib.

Tələbələrin böyük maraqla dinlədikləri təqdimatdan sonra onların sualları cavablandırılıb.

Xəbər lenti