Logo

“Karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib

23.09.2023 20:01 189 baxış
IMG

Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Karyeranın planlaşdırılması” mövzusunda 4 saatlıq təlim təşkil edilib. Təlimdə Müdafiə Sənayesi Nazirliyinin 19 əməkdaşı iştirak edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı iştirakçılara karyera ilə əlaqədar nəzəri və praktiki məsələlər, səriştələr, təşkilati mədəniyyət mövzuları, eləcə də dövlət qulluqçularının karyera inkişaf planı haqqında məlumat verilib. Eyni zamanda, əməkdaşlarla müxtəlif komanda işləri aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən bu və digər mövzularda mütəmadi təlimlər təşkil olunur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti