Logo

İndoneziyanın Parlamentlərarası Əməkdaşlıq üzrə Nümayəndələr Palatasının sədri Nizami Muzeyində - FOTO

23.09.2023 19:23 203 baxış
IMG

İndoneziya Respublikasının Parlamentlərarası Əməkdaşlıq üzrə Nümayəndələr Palatasının sədri Fadli Zon və onu müşayiət edən rəsmi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, qonaqlar muzeydə Azərbaycanın qədim mədəniyyəti, ədəbiyyatı, qiymətli maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Onlar zəngin ekspozisiya zalları boyunca xalqımızın keçdiyi şanlı tarix, dövlətçilik ənənələri, ədəbi-mədəni irs haqqında dolğun məlumat əldə edərək, muzeyin otaqlarında sərgilənən rəngarəng rəssamlıq nümunələri, əsrarəngiz xalçalar, nadir kitabları maraqla nəzərdən keçiriblər.

Ziyarətçilər muzey əməkdaşlarının səmimi münasibətinə, yüksək səviyyəli izahatına görə onlara minnətdarlıqlarını bildirib, rəy kitabına ürək sözlərini yazıblar: “Çox təsirləndirici və mükəmməl bir mədəniyyət ocağıdır. Biz Nizami Gəncəvi adına Ədəbiyyat muzeyini ziyarət etdiyimiz üçün şadıq. Burada Azərbaycan incəsənəti və mədəniyyət tarixi haqqında dolğun və zəngin məlumat əldə etdik”.

Xəbər lenti