Logo

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

23.09.2023 18:59 151 baxış
IMG

Sentyabrın 22-də AR Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan bildirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin əməkdaşı Zümrüd Binnətova “3C 390.3 Radioqalaktikasının fotometrik dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə 2016-2022-ci illərdə 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində fotometrik monitorinqinin nəticələri göstərilib. Məruzəçi bildirib ki, 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində parlaqlığının dəyişməsi xaotik xarakter daşıyır. Belə ki, 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində parlaqlığın amplitudu 16.06.2020-ci il (JD2459017) tarixdə uyğun olaraq 0.45; 0.2; 0.17 və 0,31 ulduz ölçüsü qədər zəifləmişdir. Radioqalaktikada BVİcRc süzgəclərində parlaqlığın amplitudu 07.05.2021-ci il (JD2459401) tarixdə isə çox güclü alışma nəticəsində uyğun olaraq 0.91; 0.43; 0.39 və 0.41 ulduz ölçüsü qədər artmışdır. 3C 390.3 radioqalaktikasının BVİcRc süzgəclərində parlaqlığın amplitudu 16.07. 2022-ci il (JD2459777) tarixində uyğun olaraq 0.09; 0.15; 0,07 və 0.1 ulduz ölçüsü qədər artmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti