Logo

Xəzər Universiteti 23-cü Çin Beynəlxalq Sənaye Sərgisində təmsil olunub - FOTO

23.09.2023 18:09 376 baxış
IMG

Xəzər Universitetinin nümayəndələri 23-cü Çin Beynəlxalq Sənaye Sərgisində təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Xəzər Universitetinin nümayəndə heyəti 23-cü Çin Beynəlxalq Sənaye Sərgisi çərçivəsində Şanxay Universiteti və Pan Şu Elm-Texnologiyalar Parkında keçirilən görüşdə iştirak ediblər. Görüşdə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı rəhbərlik etdiyi ali məktəb haqqında geniş təqdimatla çıxış edib. Professor Hamlet İsaxanlı Xəzər Universiteti ilə Şanxay Universiteti və Pan Şu Elm-Texnologiyalar Parkı arasında imzalanmış anlaşma memorandumunun detallarını müzakirə edib.

Xəzər Universitetinin nümayəndələri, həmçinin Fudan Universitetində keçirilən görüşdə iştirak ediblər. Görüşdə müxtəlif aspektlərdə universitetlərarası əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Fudan Universiteti Dünya rankinq sistemində 51-ci, Çin Xalq Respublikasının universitetləri sıralamasında 3-cü yerdədir.

Xəbər lenti