Logo

Tarix Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

23.09.2023 17:24 232 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Şəhid ailələri, qazilər, tarixçi alimlərin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.

Muzeyin elmi işlər üzrə direktor müavini dosent Fərhad Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad olunduğunu bildirib.

F.Cabbarov şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən müharibəsi fondunda qorunduğunu, tarixi Qələbəmizi əks etdirən materialların öyrənilməsi və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xüsusi vurğulayıb.

Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildirib. O, Vətən müharibəsində qazandığımız böyük Qələbənin sonsuz qürur hissləri doğurduğunu vurğulayıb.

Çıxış edən şəhid ailələrinin üzvləri, qazilər Vətən müharibəsində əsgər və zabitlərimizin fədakarlığından, göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.

Sonra tədbir iştirakçıları muzeyin Vətən müharibəsi fondunda qorunan şəhid və qazilərin şəxsi əşyaları ilə tanış olublar.

Xəbər lenti