Logo

BANM-in 6 tələbəsi mübadilə proqramına seçilib - SİYAHI

23.09.2023 16:17 236 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mübadilə ilə Türkiyə, Polşa və Almaniya universitetlərində bir semestr təhsil alacaq tələbələrlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Elmar Qasımov mübadilə proqramlarının əhəmiyyətindən danışaraq Ali Məktəbin mübadilə proqramları üzrə əməkdaşlıq etdiyi universitetlərin sayının artdığını, imkanların genişləndirildiyini bildirib.

Rektor mübadiləyə seçilən tələbələrə uğurlar arzulayıb və vurğulayıb ki, tələbələrin ölkəmizi, Bakı Ali Neft Məktəbini layiqincə təmsil edəcəklərinə əmindir.

Mübadilə üçün seçilən tələbələr və təhsil alacaqları universitetlər belədir:

1. Aytac Əliyeva (MBA,II kurs) – Orta Doğu Texniki Universiteti (Türkiyə)

2. Ədalət Hümbətov  (Neft-qaz mühəndisliyi, III kurs) - Orta Doğu Texniki Universiteti (Türkiyə)

3. Firuzə Əzizova  (Neft-qaz mühəndisliyi, IV kurs) – İzmir Katip Çelebi Universiteti (Türkiyə)

4. Ruslan Murtuzov (İnformasiya təhlükəsizliyi, III kurs) – WSB Universiteti (Polşa)

5. Lalə Ələkbərova (Proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs) – Şmalkalden Tətbiqi Elmlər Universiteti (Almaniya)

6. Günay Qadiyeva (Proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs) – Şmalkalden Tətbiqi Elmlər Universiteti (Almaniya)

Xəbər lenti