Logo

Şərqşünas alim antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib - FOTO

23.09.2023 15:56 187 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Ordumuzun Qarabağda qeyri-qanuni separatçı silahlı birləşmələrinə qarşı keçirdiyi antiterror tədbirləri ilə bağlı ərəb ölkələrinin telekanallarına müsahibələr verib.

Bu barədə "Tehsil.biz"ə Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Bildirilib ki, şərqşünas alim Misirin “əl-Qahirə nyus” telekanalına müsahibəsində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərin zəruriliyi, onun legitim olması, sonra aparılan təhlükəsizlik tədbirləri haqqında lazımi məlumatları ərəbdilli ictimaiyyətə çatdırıb. Habelə İordaniyanın “əl-Məmləkə” telekanalına müsahibədə Qarabağda antiterror tədbirlərinin beynəlxalq qanunlara istinadən legitim olması haqqında geniş məlumat verib.

Dövlətimizin suverenliyini tam təmin etmək istiqamətində aparılan siyasət haqqında ərəbdilli ictimaiyyətə məlumatların verilməsi davam etdiriləcək.

Xəbər lenti