Logo

Müharibə zamanı tədris üçün təlimə dair layihə çərçivəsində seminar keçirilib

23.09.2023 15:31 206 baxış
IMG

Xəzər Universiteti və İvan Franko Milli Universitetinin tərəfdaş olduğu və Stokholm Universitetinin koordinasiya etdiyi “U-Train - müharibə zamanı və ondan sonra onlayn tədris üçün təlim” layihəsi çərçivəsində onlayn seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Layihə Ukraynada ali təhsil sektorunun yenidən qurulmasının bir hissəsi kimi müharibə dövründə və müharibədən sonrakı dövrdə onlayn kursların təşkili və keçirilməsi ilə bağlı ehtiyacları qarşılayır. Layihənin nəticələri əsasən Azərbaycan və Ukrayna ali təhsilinin müharibə dövrü təcrübələrinə əsaslanır.

Xəzər Universitetinin inkişaf direktoru Raziyə İsayeva tədqiqatın nəticələri barədə təqdimatla çıxış edib. Tədqiqatın məqsədi müxtəlif maraqlı tərəflər üçün müharibə zamanı onlayn öyrənmə təcrübələrinin araşdırılmasıdır.

Layihənin tərəfdaşları ali təhsildə süni intellektin yaradıcı şəkildə istifadə edilməsi, “chatgpt”, onun istifadəsinə dair müxtəlif slaydlar təqdim ediblər.

Seminar sual-cavab sessiyası ilə başa çatıb.

Xəbər lenti