Logo

Şərqşünaslıq İnstitutunun nəşrləri Türkiyə 29 Mayıs Universitetinin kitabxanasına hədiyyə edilib

23.09.2023 15:00 195 baxış
IMG

Türkiyədə elmi ezamiyyətdə olan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev İstanbul 29 Mayıs Universitetinin kitabxanasının baş direktoru Mehmet Yılmazla görüşüb.

Bu barədə "Tehsil.biz"ə Şərqşünaslıq İnstitutundan məlumat verilib.

Bildirilib ki, görüşdə E.Mustafayev Azərbaycan Milli Elmlər Akademiyası, xüsusilə Şərqşünaslıq İnstitutunun tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın elm tarixi, dünyaşöhrətli azərbaycanlı alimləri və onların dünya elminə bəxş etdikləri töhfələri, həmçinin son dövrlərdə ölkəmizdə ərsəyə gətirilmiş elmi-tədqiqat əsərləri haqqında müfəssəl məlumatlar kitabxana direktorunun diqqətinə çatdırılıb.

Elnur Mustafayev AMEA-da, əsasən Şərqşünaslıq İnstitutunda son vaxtlar nəşr olunmuş kitabları kitabxanaya hədiyyə edib.

Mehmet Yılmaz görüşdən və təqdim edilən kitablardan məmnunluğunu bildirib, çox mühüm və dəyərli olan bu əsərlərin kitabxanaya zənginlik bəxş edəcəyini qeyd edib.

Xəbər lenti