Logo

Nazir Əməkdar müəllimlə görüşdü - FOTO

23.09.2023 14:26 141 baxış
IMG

Sentyabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Əməkdar müəllim, 160 nömrəli Klassik gimnaziyanın keçmiş direktoru Faina Ələkbərova ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Emin Əmrullayev Faina Ələkbərovanın 160 nömrəli Klassik gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə zəngin təhsil yolunu, peşəkar idarəetmə təcrübəsini xüsusi vurğulayaraq ona təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib. Elm və təhsil naziri Faina xanımın bu fəaliyyətinin yüksək dövlət təltifləri ilə qiymətləndirildiyini qeyd edərək bu təcrübənin gələcəkdə də təhsil sistemimiz üçün faydalı olacağını bildirib.

Elm və təhsil naziri həmçinin Faina Ələkbərovanın gimnaziyanın məsləhətçisi təyin olunduğunu bildirib.

Əməkdar müəllim Faina Ələkbərova öz növbəsində fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını ifadə edib, təhsil sahəsində üzərinə düşən missiyanı hər zaman yerinə yetirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 160 nömrəli Klassik gimnaziyaya yeni təyin olunan direktor həmin müəssisənin məzunu olub və burada müəllimi kimi çalışıb.

Xəbər lenti