Logo

Xəzər Universiteti ABŞ-nin Arizona Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

23.09.2023 13:03 226 baxış
IMG

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı “Cintana Education” layihəsinin üzvü Francisco Gutierrez ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə Xəzər Universitetindən məlumat verilib.

Görüşdə perspektivlər və inkişaf istiqamətləri barədə danışılıb. Sonda Xəzər Universiteti ilə ABŞ-ın Arizona Dövlət Universiteti arasında “Cintana Education” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Xəbər lenti