Logo

BMU tələbəsi BMT Baş Qərargahında keçirilən toplantıda iştirak edib - FOTO

23.09.2023 11:47 301 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) tələbəsi Nəbi Şirinov BMT-nin Baş Qərargahında keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri Hərəkət Həftəsi”ndə iştirak edib.

BMU-dan "Tehsil.biz"ə verilən məlumata görə, “İnformasiya texnologiyaları” ixtisası üzrə hazırda 3-cü kursda təhsil alan N.Şirinov 16-20 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində baş tutan toplantıda Azərbaycan nümayəndə heyətində Gənc Səfirlərlə birgə təmsil olunub.

N.Şirinov artıq artıq dördüncü ildir icra olunan BMU-İNHA İDP-nin aktiv tələbələrindən biridir. Onun rəhbərlik etdiyi komanda iyul ayında keçirilən "Missiya:2030" Hackathon yarışmasının qalibi olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində seçilmiş Gənc Səfirlərin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhfə vermək və təşəbbüslərdə fəal iştirak etməkdir.

Xəbər lenti