Logo

Moskva Dövlət Universitetinin tələbələri MEK-də olublar

23.09.2023 11:29 143 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının I kurs tələbələri və kimya fakültəsinin dosenti Tatyana Boqatova AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Tehsil.biz xəbər verir ki, MEK-in mütəxəssisləri tərəfindən tələbələrə bir əsrə yaxın yaşı olan elm məbədinin fəaliyyəti, strukturu, kitab fondu, oxucu kateqoriyaları, iş prosesinin mərhələləri və xidmət üsulları izah edilib.

Kitabxananın sərgi salonu, Akademiklər zalı, Diplomatik fond, Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar və qiymətli nəşrlər fondu ilə tanışlıq zamanı tələbələrə burada toplanan kitablar, şəhidlər haqqındakı məlumatlar, “Zəfər memarları” guşəsi, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası və s. barədə ətraflı məlumat verilib.

Kataloqda kitab axtarışı prosesində əyani iştirak isə tələbələrin marağına səbəb olub.

Xəbər lenti