Logo

Qorqud Ata Dövlət Qızılorda Universitetinin müəllimləri AzTU-da elmi təcrübə proqramında iştirak edir

22.09.2023 20:04 148 baxış
IMG

Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sadıxbəyova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş müəllimi Janna Həsənova Azərbaycan Texniki Universitetində (AzTU) elmi təcrübə proqramında iştirak edirlər.

Bu barədə "Tehsil.biz"ə Texniki Universitetdən bildirilib.

Qonaqlar AzTU-ya səfərləri çərçivəsində rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Qeyd olunub ki, Qızılorda Universitetinin müəllimləri 3 ay müddətində AzTU-nun müvafiq kafedralarında elmi təcrübə mübadiləsində iştirak edəcəklər. Proqram çərçivəsində birgə araşdırmaların aparılması, məqalələrin dərc olunması, tədris vəsaitlərinin işlənilməsi, elmi konfranslarda iştirak nəzərdə tutulur.  

Xəbər lenti