Logo

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

22.09.2023 18:53 187 baxış
IMG

“Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Əmtəə nişanlarına, coğrafi göstəricilərə və geniş tanınmış əmtəə nişanlarına dair hüquqlar” mövzusunda keçirilən təlim kursu başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 əməkdaşı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) 3 əməkdaşı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 3 əməkdaşı iştirak edib. Onlar təlim kursunu müvəffəqiyyətlə bitiriblər.

Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti