Logo

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

21.09.2023 22:30 171 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Biofizika İnstitutunun elmi işçiləri, Arzu Aydəmirovanın və Mətanət Baxışovanın 26 iyun - 1 iyul 2023-cü il tarixlərində Şəki şəhərində “Gənc alimlərin innovativ ideya” düşərgəsində iştirakı ilə bağlı hesabatı və institutun elmi işçisi Mətanət Baxışovanın 2-8 sentyabr 2023-cü il tarixlərində Tovuz şəhərində “Gənc alimlərin yay düşərgəsi”ndə iştirakı ilə bağlı hesabatları dinlənilib.

Sonra Biofizika İnstitutunun 2024-cü il üçün elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı müzakirə olunub. Qeyd olunub ki, növbəti tədris ilində 1 nəfərin doktoranturaya qəbul edilməsi nəzərdə tutulub.

Sonda gündəlikdə yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti