Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası” adlı məqaləsində stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin edilib Orliç fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.
Məqalə yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda (“Mathematical Inequalities and Applications”) dərc olunub.