Sentyabrın 5-dən 15-dək, UFAZ-ın fizika müəllimi, fəlsəfə doktoru Gülnaz Qəhrəmanova Fransanın Montpellier Universitetinin Charles Coulomb laboratoriyasında tədqiqat səfəri zamanı professor Fransua Hennin rəhbərliyi ilə təqdiqat aparıb.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan bildirilib.
Gülnaz Qəhrəmanova nanokatalizatorlarla xüsusi hazırlanmış silikon substratlarda qaz fazasından kimyəvi çökmə (CVD) üsulu ilə tək divarlı karbon nanoborularının (ount) sintezinə diqqət yetirib. Onun işi ürək-damar xəstəlikləri laboratoriyasının mütəxəssisi Səid Tahirin rəhbərliyi altında tarama elektron mikroskopundan istifadə edərək dəqiq analizlər aparmağı əhatə edir.
Gülnaz Qəhrəmanova, bu tədqiqat imkanını yaratdığına görə Azərbaycan-Fransız Universitetinə və Charles Coulomb laboratoriyasına minnətdarlığını bildirib.