Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Binagadi Oil Company” müəssisəsində təcrübə keçən tələbələrinə sertifikatlar verilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, “Binagadi Oil Company” müəssisəsinin müxtəlif yay təcrübə proqramında ADNSU-nun Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Neft-mexanika, İnformasiya texnologiyaları və İdarəetmə fakültələrində təhsil alan 15 nəfər tələbəsi iştirak edib.