Logo

Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair metodik vəsait çap olunub

21.09.2023 16:23 202 baxış
IMG

Təhsil İnstitutunun “Şagird nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji əsasları” metodik vəsaiti çap edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, kitabda şagird nailiyyətlərinin qiymətləndirilməsinin nəzəri məsələləri, eyni zamanda, fənlərin tədrisində istifadə olunan qiymətləndirmənin üsul və vasitələrinə dair metodik tövsiyələr, praktik nümunələr verilib.

Kitabdan məktəb rəhbərləri, müəllimlər, metodistlər, təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar istifadə edə bilərlər.

Xəbər lenti