Logo

Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı - Şok proqnoz

25.03.2021 22:35 1174 baxış
IMG

“Microsoft”un qurucusu, milyonçu Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

 

Telegraf.com xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilin sonunadək normal vəziyyətə qayıda bilər.

 

Qatıldığı televiziya proqramında sualları cavablayan Qeyts pandemiyanın səbəb olduğu inanılmaz faciəninin sona çatmasına kömək edəcəyini də vurğulayıb: "Biz 2022-ci ilin sonunda tamamilə normala dönmüş olmalıyıq".

 

Qeyd edək ki, Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə sürətlə yayılan bir virusun milyonlarla insanın ölümünə səbəb olacağını demişdi.

 

Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan "Bill & Melinda Qeyts" vəqfi vasitəsilə COVID-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün ən az 1,75 milyard dollar vəd edib. Bu vəsaitə bəzi peyvənd istehsalçılarının, diaqnozların və potensial müalicələrin dəstəklənməsi daxildir.

Xəbər lenti