Logo

“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub

21.09.2023 14:59 168 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd olunub ki, Esmira Fuad kitaba “Salam Şuşam, Uluyurdum mənim...” adlı “Ön söz” də yazıb. Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.

Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşid, tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.

Kitabda klassik Azərbaycan şairlərinin, eləcə də Cənubi Azərbaycan yazarlarının əsərləri yer alıb.

Xəbər lenti