14-15 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) BA proqramları direktoru, professor Rafiq Əliyevin sədrliyi ilə “Süni intellekt vasitələri, soft kompütinq və qeyri-səlis sistemlərin tətbiqi (ICAFS-2023)” üzrə 16-cı beynəlxalq konfrans keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
ADNSU-nun təşkilatçılığı ilə keçirilən konfrans professor Lütfi Zadənin xatirəsinə həsr olunub. ABŞ, Kanada, Polşa, Finlandiya, İspaniya, İtaliya, Malayziya, Çin, BƏƏ, Ukrayna, İran, Rusiya, Özbəkistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Kipr, Nigeriya, Liviya kimi dünyanın müxtəlif ölkələrindən 120-ə yaxın məqalə təqdim olunduğu Beynəlxalq konfrans müxtəlif ölkələrdən dəvət olunmuş professorların həmsədrliyi ilə keçirilib.
Konfransda professor Rafiq Əliyev “Toward a new approach to reasoning with Z-number-valued If-Then rules”, mövzusunda professor Lətafət Qardaşova “Decision making on IT Investment problem under Z-environment” və “An application of the Z-number theory to dental disease problem” mövzusunda, t.ü.f.d. Nigar Adilova “Fuzzy type-3 Mamdani controller” mövzusunda, t.ü.f.d. Əziz Nuriyev “Traffic Control problem with Z-number-based reasoning” və “Hotel green supplier selection in Z-information environment” mövzusunda, PhD tələbə Şamil Əhmədov “Probabilistic reasoning using normal distribution for traffic light controller” mövzuzunda çıxışlar ediblər.
Qeyd edək ki, konfrans üçün seçilmiş məqalələr SCOPUS beynəlxalq bazasında indeksləşdirilərək Spinger seriyalı kitabda çap olunacaq.