Logo

“Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir

21.09.2023 14:14 248 baxış
IMG

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan böyüklər üçün “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.

YARAT-dan "Tehsil.biz"ə bildirilib ki, layihənin növbəti ustad dərsi “Melanxoliya” mövzusuna həsr olunub.

İştirakçılar tyutor Erkin Ələkbərli ilə birlikdə qadın obrazı əsasında melanxoliya vəziyyətini kətan üzərində, faktura pastası və akril boyalarla əks etdiriblər.

Azərbaycan Rəngkarlığı Muzeyində reallaşan dərslərdə 16 yaşdan yuxarı şəxslər iştirak ediblər.

Xatırladaq ki, ustad dərslərində iştirak etmək üçün qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 18:00-dək aparılır.

Xəbər lenti