Logo

MEK əməkdaşları “Vikimedia 2023” konfransında iştirak ediblər - FOTO

21.09.2023 14:00 180 baxış
IMG

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisləri Xəyalə Məmmədli və Rövşən Məmmədli Mərkəzi və Şərqi Avropa dövlətlərinin Tbilisidə keçirilən “Vikimedia 2023” konfransında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 36 ölkənin vikimediaçılarının iştirak etdikləri beynəlxalq tədbirə Şərqi və Mərkəzi Avropadan, o cümlədən Mərkəzi Asiya respublikalarından nümayəndələr qatılıblar.

Tbilisi Dövlət Universitetində keçirilən konfransın işi müxtəlif təqdimatlar, müzakirə formatında olub. Bu müddət ərzində MEK əməkdaşları digər ölkələrdən olan vikipediyaçılar ilə konstruktiv əlaqələr quraraq onları əməkdaşlığa dəvət ediblər. Müxtəlif dillərdə olan onlayn ensiklopediyada Azərbaycan, Qarabağ haqqında məqalələrdə səhv məlumatların düzəldilməsi və əlavə edilməsi barədə fikir mübadiləsi aparmaq üçün rus dili üzrə “Vikipediya”nın rəhbəri Stas Kozlovski, Vikipediya Fondunun Qəyyumlar Şurasının üzvü Viktoriya Doronina, eləcə də Gürcüstan, Ukrayna, Çexiya, Türkiyə, Polşa, Kipr, Xorvatiya və s. ölkələrin təmsilçiləri ilə görüşlər baş tutub. Həmçinin təmsilçilərimiz Moldovadan “Vikipediya” üzrə mütəxəssis və analitik Violeta Frimu-Patelə Azərbaycan Vikipediyasının bugünkü inkişafı, gələcək planlar haqqında ətraflı müsahibə verib, əməkdaşlıqlar haqqında müəyyən müzakirələr aparıblar.

Xəbər lenti