Logo

Tələbələr BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində - FOTO

21.09.2023 12:47 234 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində ötən il açılmış mühəndis fizikası ixtisası üzrə mütəxəssis hazırlığı davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Fakültəyə mühəndis fizikası ixtisası üzrə bu il qəbul olunmuş tələbələr BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar.

Tələbələrə mərkəzin strukturu, fəaliyyəti, yerinə yetirilən layihələr, əldə olunmuş uğurlar barədə məlumat verilib. Bildirilib ki, 24 saat açıq olan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi elmin müxtəlif sahələri üzrə tədqiqatların aparılması, tədris prosesində əldə edilən biliklərin daha da artırılmasına xidmət edir.

Mərkəzin BDU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələrinə də xidmət göstərdiyi vurğulanıb.

Xəbər lenti